"Azercell" rouminqdə olan SimSim abunəçiləri üçün sərfəli mobil internet təklif edir
Bakı, 9 iyul, AZƏRTAC
"Azercell Telekom" rouminqdə olan SimSim abunəçiləri üçün sərfəli mobil internet təklif edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, fakturasız xətt (SimSim) abunəçiləri rouminq xidməti çərçivəsində Türkiyədə endirimli və sərfəli internetdən faydalana biləcəklər. Onlar Türkiyədə olarkən 100 meqabayt (MB) internet üçün cəmi 10 manat ödəyəcəklər. İnternet paketinə abunə olmaq üçün 8809 qısa nömrəsinə 100 MB sözünü yazıb göndərmək lazımdır. Abunəçi sifariş etdiyi internet paketindən 30 gün istifadə edə bilər. Eyni zamanda, 8809 qısa nömrəsinə boş SMS göndərərək paketdə olan balans haqqinda məlumat əldə etmək olar.
"Azercell" bu yay bütün SimSim abunəçilərinə rouminq xidməti çərçivəsində istifadə etmək üçün 10 pulsuz SMS hədiyyə edib. Eyni zamanda, ötən aydan etibarən Fakturalı xətt abunəçiləri Türkiyədə olarkən 1 MB internet üçün 55 qəpik ödəyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]