"Azərpoçt" MMC Dünya Bankı ilə birgə yeni layihə hazırlayır
Bakı,10 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərpoçt" MMC-də Dünya Bankı ilə birgə yeni layihə hazırlanır. Layihə üzrə islahatların və maliyyə xidmətlərinin geniş çeşiddə və ölkənin bütün ərazisində təmin edilməsi planlaşdırılır.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, hazırda müvafiq təkliflər üzrə iş aparılır. Layihə çərçivəsində, təxminən 20 il müddətinə "Azərpoçt" MMC-yə 32 milyon dollarlıq kreditin verilməsi planlaşdırılır. Bu məbləğin 20 milyon dolları mikrokreditlər vasitəsilə kiçik və orta sahibkarlığın stimullaşdırılmasına sərf olunacaq. Layihə reallaşacağı təqdirdə "Azərpoçt" əlavə gəlirlər əldə edəcək və kreditlər qaytarılacaq.
Qeyd edək ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində "Azərpoçt" MMC-də yerinə yetirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi üzrə uğurlu nəticələr əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]