CƏMİYYƏT
"İnsult keçirən xəstələrin reabilitasiyasına yeni yanaşma" mövzusunda elmi-praktik konfrans keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/1666615530384319905_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666155305462723323_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666155303670358779_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16666155305823363805_1200x630.jpg)
Bakı, 24 oktyabr, AZƏRTAC
Gəncə şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu və Azərbaycan Fizioterapiya və Reabilitasiya Assosiasiyası, Milli Nevroloqlar Assosiasiyasının birgə təşkilatçılığı və Gəncə Beynəlxalq Xəstəxanasının dəstəyi ilə keçirilən "İnsult keçirən xəstələrin reabilitasiyasına yeni yanaşma" mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, konfransın mahiyyəti insult keçirən xəstələrin müalicə və reabilitasiyasına olan ən son elmi-praktik məlumatların region həkimlərinə (nevroloqlar, fizioterapevtlər, ailə həkimləri) çatdırılmasından ibarət olub.
Bu məqsədlə problemin müxtəlif sahələrinə həsr olunan məruzələr təqdim olunub.
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, fizioterapevt- reabilitoloq Pərvin Əkbərov "Azərbaycanda insultun reabilitasiyasının təşkili" mövzusunda, institutun elmi işlər üzrə direktor müavini, professor Sədaqət Hüseynova "İnsultdan sonra reabilitasiyaya yeni yanaşmalar" mövzusunda və digər elmi işçilər, həkimlər öz məruzələrində müasir dövrdə Azərbaycanda dünya protokolları üzrə ən son məlumatları məruzə ediblər.
Konfransa Azərbaycanın müxtəlif bölgələrindən həkimlər də qatılıb.