İDMAN
"Rapid" klubu ilə oyunda "Neftçi" hesabı açıb
Bakı, 4 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" - "Rapid" (Avstriya) oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, "Bakcell Arena"da oynanılan görüşdə hesabı "Neftçi" komandası açıb. Oyunun 44-cü dəqiqəsində Ataa Caber fərqlənib.
Oyunu xorvatiyalı FIFA referisi Dario Bel idarə edir.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.