® Rəqəmsal laboratoriya və müasir stomatologiya: "Dentera"dan yeni VIP filial
Stomatologiyada dəqiqlik və sürət birbaşa tətbiq olunan texnologiyadan asılıdır. Təbabətin bu prinsiplərini əsas götürən "Dentera Dental Clinic" texnoloji imkanlarını yeni ünvana daşıyıb. Şirkət Yasamal VIP filialını açaraq şəbəkənin ümumi filial sayını 7-yə yüksəldib.
Klinikanı fərqləndirən əsas amil onun nəzdində fəaliyyət göstərən xüsusi Dentera Stomatoloji Laboratoriyasıdır. Yüksəkdəqiqlikli rəqəmsal skanerlər və modelləşdirmə sistemləri sayəsində protez və ortopedik bərpa işləri insani xəta payı olmadan hazırlanır. Bu texnoloji altyapı implantologiya, ortodontiya və uşaq stomatologiyası xidmətlərinin keyfiyyətini maksimuma çatdırır.
Texnoloji üstünlüklə yanaşı, pasiyent rahatlığı üçün 18 aya qədər ilkin ödənişsiz və faizsiz hissəli ödəniş modeli tətbiq edilir. Bu yanaşma müasir rəqəmsal stomatologiyanı kütləvi şəkildə əlçatan edir.
Ətraflı məlumat üçün: dentera.az