ABDULLA ŞAİQ ADINA DÖVLƏT KUKLA TEATRI BEYNƏLXALQ FESTİVALDAN QAYITMIŞDIR
AZƏRTAC xəbər verir ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrı Finlandiyada keçirilən kukla teatrlarının beynəlxalq festivalından qayıtmışdır. Teatr festivalda rejissor Elşad Rəhimzadənin quruluşunda hazırlanmış “Oyuq çələngi” tamaşasını təqdim etmişdir.
“Bayatı-Şiraz” muğamının sədaları altında başlayan tamaşanın gedişində “Sarı gəlin”, SSRİ xalq artisti, dövlət mükafatları laureatı, bəstəkar Qara Qarayevin “Kəlağayıların məhəbbəti” mahnıları da ifa olunmuşdur. Uğurlu keçən səfərdə mükafatlandırılan 7 ölkə arasında Azərbaycan təmsilçiləri də vardır.
Bundan əlavə, Dövlət Kukla Teatrının yaradıcı truppası kukla teatrlarının Fransa və Hollaniyada keçiriləcək beynəlxalq festivalına da dəvət almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]
Şuşa şəhərinin ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir
- 12.06.2026 [12:28]
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]