ABŞ-ın Hyuston şəhərinin meriyasında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri F.Qurbanovun başçılığı ilə nazirliyin əməkdaşlarından, Azərbaycan Dövlət rəqs ansamblı və muğam dördlüyündən ibarət nümayəndə heyəti ABŞ-da səfərdədir. Nümayəndə heyəti bu ölkəyə Hyuston Beynəlxalq festivalında iştirak etmək üçün gəlmişdir.
Səfər çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanovla Hyuston şəhər meriyasında ikitərəfli görüşlər keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Hyuston şəhərinin meri xanım Annis Parker, meriyanın beynəlxalq əlaqələr və protokol idarəsinin rəisi xanım Dina LeFlor və Hyuston şəhər meriyası şurasının üzvü Carvis Conson ilə görüşlərdə Hyuston ilə Bakı şəhərinin qardaşlaşdığı 35 il ərzində həyata keçirilmiş tədbirlərdə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Bununla yanaşı, görüşlərdə Azərbaycan ilə ABŞ arasında mədəni sahədə qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Şəhərin meri Hyuston Beynəlxalq festivalında iştiraka şərait yaratdığına görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]