Teatr solisti: İnsanların qəlbinə yalnız incəsənət vasitəsilə yol tapmaq olar
Bakı, 8 sentyabr, AZƏRTAC
Opera musiqisi akademik musiqiyə aiddir. Akademik musiqi insanın şəxsiyyət kimi formalaşması və inkişafı üçün olduqca vacibdir. Bu musiqi insanın hərtərəfli inkişafına töhfə verir. İnsanların qəlbinə isə yalnız incəsənət vasitəsilə yol tapmaq mümkündür.
Bunu Azərbaycanın Əməkdar artisti, Opera və Balet Teatrının solisti Fərid Əliyev Xalq artisti Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının açılışı zamanı AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
“Musiqi kimliyimizdən və cəmiyyətdə tutduğumuz mövqedən asılı olmayaraq hamımızı birləşdirir. Fərqi yoxdur, sən hansısa zavodun işçisisən, yoxsa teatrın solisti - hamımız insanıq. Mən hər kəsə musiqi ilə məşğul olmağı, musiqiyə qulaq asmağı və onu sevməyi məsləhət görürəm. Mütləq deyil ki, səhnəyə çıxasan. Kimsə yaxşı ifaçı, kimsə isə yaxşı dinləyici ola bilər.
Klassik musiqi festivalları və digər musiqi tədbirləri kimi təşəbbüslər ölkəmiz üçün çox vacibdir. Bizim zəngin və parlaq musiqi tariximiz var. Hazırda isə belə bir tendensiya müşahidə olunur ki, müxtəlif sahələr üzrə ifaçılarımız dünyanın ən nüfuzlu səhnələrində çıxış edirlər. Bu da göstərir ki, biz düzgün inkişaf yolu ilə irəliləyirik”, – deyə həmsöhbətimiz vurğulayıb.
Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, Fidan Hacıyevanın iştirakı və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçiriləcək Opera Festivalı sentyabrın 7-dən dekabrın 7-dək davam edəcək. Üç ay davam edəcək festival ölkənin müxtəlif regionlarını əhatə edəcək. Tədbir çərçivəsində təqdim olunacaq konsert proqramları Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdiriləcək.
Festivalın əsas xüsusiyyəti isə gənc istedadlara dəstək məqsədi daşıyan “Gənclərin səsi - gənclərə dəstək” adlı xüsusi konsert layihəsi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [18:24]
Kinoşünas: Klassik filmlərimiz milli-mənəvi sərvət kimi qorunmalıdır
- 08.09.2026 [12:27]
Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başlayıb
- 08.09.2026 [11:50]
Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?
- 08.09.2026 [11:35]
Atanın kitab rəfləri arasından gələn səsi: Yusif Səmədoğlunun xatirələri
- 07.09.2026 [19:23]