DÜNYA
ABŞ-ın şərqində gözlənilən qar fırtınası səbəbindən 5 minə yaxın aviareys təxirə salınıb
Bakı, 29 yanvar, AZƏRTAC
ABŞ-da ölkənin şərq sahillərinə güclü qar yağacağı ehtimalı ilə əlaqədar 5 minə yaxın aviareys ləğv edilib.
AZƏRTAC “flightaware.com” portalında yerləşdirilən məlumatlara istinadla xəbər verir ki, cümə günü ABŞ-a və ya ABŞ-dan 1400-dən çox daxili və beynəlxalq uçuş, şənbə günü isə 3300-dən çox reys ləğv olunub. Məlumatlar daim yenilənir və təxirə düşən uçuşların sayının daha da çox olacağı istisna edilmir.
Bildirilir ki, gözlənilən qar fırtınası daha çox ABŞ-ın şərqindəki böyük şəhərlərin - Nyu-York, Boston, Vaşinqton, Atlanta, Şarlottanın hava limanlarına təsir edəcək. Hava proqnozuna görə, yanvarın 29-u gündüz bəzi hava limanlarının ərazisinə 45 santimetrə qədər qar yağa bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [13:31]
Dnepr şəhərinə hava hücumu olub, ölənlər və xəsarət alanlar var
- 03.07.2024 [12:58]
Ukrayna BVF-dən 2,2 milyard dollarlıq növbəti tranş alıb
- 03.07.2024 [12:43]
Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək
- 03.07.2024 [12:26]
İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır
- 03.07.2024 [11:58]
Dünya Bankı Zambiyaya 207,6 milyon dollar qrant ayırıb
- 03.07.2024 [11:48]
BMT-nin Baş katibi: ŞƏT beynəlxalq arenada mühüm oyunçudur
- 03.07.2024 [11:46]