ABŞ-ın şimal-şərqində qar tufanı səbəbindən aviareyslər təxirə salınıb
Bakı, 22 mart, AZƏRTAC
“FlightAware” saytının məlumatına görə, ABŞ-ın şimal-şərqində qar tufanı ilə əlaqədar aviareyslər ləğv edilib.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən 4,3 mindən çox aviareys ləğv edilib. “CNN” telekanalının yaydığı məlumata görə, Nyu-York, Filadelfiya və Vaşinqtonda məktəblər bağlanılıb. ABŞ-ın şimal-şərqində güclü qar yağır və külək əsir. Bu, son üç həftə ərzində dördüncü qar tufanıdır. Sinoptiklərin proqnozuna görə, Nyu-Yorkda, Baltimorda və Virginiya ştatının bir neçə bölgəsində qarın hündürlüyünün 30 santimetrə çatacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]