SİYASƏT
ABŞ Konqresində Azərbaycan üzrə İşçi qrupunun üzvlərinin sayı 56-ya çatmışdır
Vaşinqton, 13 dekabr (AZƏRTAC) Son günlərdə ABŞ Konqresində Azərbaycan üzrə İşçi qrupunun üzvləri sırasına dörd yeni konqresmen qoşulmuşdur.
Konqres üzvləri Pit Qalleqo, Pit Olsın, Henri Kuellar (hər üçün Texas ştatından) və Robert Aderholt (Alabama ştatı) Azərbaycan üzrə İşçi qrupuna üzv olmuşlar. Bununla da ABŞ Konqresində Azərbaycan üzrə İşçi qrupunun üzvlərinin sayı 56-ya çatmışdır.
Qeyd edək ki, İşçi qrupuna son 4 üzvün cəlb olunmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının xüsusi rolu olmuşdur.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.05.2024 [13:56]
ABŞ-ın Men ştatının senatoru: Azərbaycanlılarla fəxr etmək lazımdır
- 24.05.2024 [13:43]
XİN “Diplomatiya könüllüləri” qrupuna qəbul elan edib
- 24.05.2024 [13:38]
Azərbaycanın xarici işlər naziri TBMM-in komissiya sədri ilə görüşüb
- 24.05.2024 [13:14]
Möhtəşəm 100 gün
- 24.05.2024 [12:53]