XİN “Diplomatiya könüllüləri” qrupuna qəbul elan edib
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” qrupuna könüllülərin qəbulu elan edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.
Qəbul üçün son müraciət tarixi cari il iyun ayının 10-dur.
Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur.
Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat daha sonra elan ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]