CƏMİYYƏT
Qoşulmama Hərəkatı Gənclər Təşkilatında Afrika günlərinə həsr olunmuş tədbir keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17165377141143263022_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165377142179633962_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165377142150322285_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165377143808054043_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165377142326524607_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716537714740931324_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165377142090045598_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716537714487384485_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165377143822343087_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17165377144577233518_1200x630.jpg)
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında Afrika gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Azərbaycan milli bölməsinin təşəbbüsü ilə təşkilatın mənzil-qərargahında Afrika Gününə həsr olunmuş mədəni mübadilə tədbiri olub.
Tədbirdə Qoşulmama Hərəkatının üzv dövlətləri gəncləri, eləcə də yerli gənclər iştirak ediblər.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının baş katibi Nigar Bağırlı çıxış edərək bildirib ki, tədbirin əsas məqsədi gəncləri Afrikanın rəngarəng və qədim mədəniyyəti ilə daha yaxından tanış etmək, həmçinin mədəni həmrəyliyi və müxtəlifliyi təşviq etməkdir.
Günün vacibliyi və önəmi haqqında çıxışlardan sonra Azərbaycanda yaşayan afrikalı gənclər qitənin zəngin mədəniyyəti ilə bağlı təqdimatlar, musiqi nömrələri, milli rəqslər və milli mətbəx nümunələri təqdim ediblər.
Tədbir təşkilatın mənzil qərargahı ilə tanışlıqla yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci il iyulun 29-da Şuşa Sazişi ilə təşkilata çevrilib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın institusional inkişafı üçün atılmış mühüm addımlardan biri olan Qoşulmama Hərəkatı Gənclər Təşkilatının hazırda Qoşulmama Hərəkatının gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra edir.