Dünya çempionu: Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki bizə əlavə güc verdi
Bakı, 24 may, AZƏRTAC
"Ötən il Avropa çempionu olmuşdum. Bu il isə dünya çempionluğunu qazandım. Əla hissdir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycan Bayrağını beynəlxalq arenada dalğalandırdığı üçün xoşbəxt olduğunu söyləyib: "Mən hər zaman ölkəmin üçrəngli Bayrağını yüksəklərə qaldırmaq arzusundayam. Uğurlarımı qarşıdakı yarışlarda da davam etdirəcəyəm".
26 yaşlı idmançı bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində Hidayət Heydərovu təbrik etməsi hər iki idmançıya əlavə stimul verib: "Hidayət mənə həmin təbrik paylaşımını göstərdi və çox xoşbəxt olduğunu söylədi. Bu paylaşım bizə əlavə güc verdi. Hətta Hidayət qızıl medalı qazandıqdan sonra bunu mənim də bacaracağıma inandığını bildirdi. Məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına təşəkkür edirəm. Onların dəstəyi sayəsində bu nəticəni əldə etdim".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]