CƏMİYYƏT
Aynur Sofiyeva: Uşaqlar üçün yuvenal ədliyyə işlərinin həyata keçirilməsi ən vacib məsələlərdəndir
![Aynur Sofiyeva: Uşaqlar üçün yuvenal ədliyyə işlərinin həyata keçirilməsi ən vacib məsələlərdəndir](/files/2024/2/1200x630/1716537027258145730_1200x630.jpg)
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Respublikasının “Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nda çox önəmli sənədlər, qanun layihələrinin hazırlanması öz əksini tapıb. Artıq 2 sənəd işlənərək qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib.
Komitə rəsmisi bu sənədlərin fövqəladə hallarda, pandemiya və s. kimi vəziyyətlərdə uşaqların təhsilə və digər sosial xidmətlərə əlçatanlıqda bərabərliyinin təmin edilməsi və xarici ölkələrdəki yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası haqqında sənədlərdir. Onun sözlərinə görə, növbəti 3 sənədin hazırlanması da son mərhələdədir. Bu il həmin sənədlər də qəbul olunacaq.
A.Sofiyeva ən vacib məsələlərdən birinin uşaqlar üçün yuvenal ədliyyə işlərinin həyata keçirilməsi ilə bağlı olduğunu bildirərək qeyd edib ki, bu istiqamətdə işlərin gücləndirilməsinə ehtiyac var. Ona görə də uşaqlardan ifadə alınması ilə bağlı tələblərin gücləndirilməsi, onlarla davranış qaydaları və s. məsələlər mühüm əhəmiyyət kəsb edir.
"Yeni dəyişikliklərdə artıq uşaqlarla bağlı səfalət mühakiməsinin xüsusi hazırlıq keçmiş şəxslər tərəfindən həyata keçirilməsi də tələb olunur", - deyə A.Sofiyeva bildirib.