ABŞ pivəbişirənləri Corc Vaşinqtonun respti üzrə pivəni bərpa etmişlər
Bakı, 12 may ( AZƏRTAC). Nyu-Yorkun “NY1” telekanalı və “The Wall Street Journal” nəşri xəbər vermişlər ki, ABŞ pivəbişirənləri Birləşmiş Ştatların əsasını qoymuş Corc Vaşinqtonun əli ilə yazılmış və Nyu-York kütləvi kitabxanasının kolleksiyasında aşkar olunmuş reseptlə pivə bişirmək qərarına gəlmişlər.
ABŞ-ın ilk prezidentinin həmin resepti 1757-ci ilə aid edilir. Kitabxana pivəbişirmə müəssisələrindən biri ilə Corc Vaşinqtonun porterini bərpa etmək və cəmi 15 qallon ( 60 litrə yaxın) pivə hazırlamaq niyyətindədir. Mütəxəssislər bu pivənin quru, yüngül, dadlı, şokolad rəngli və azacıq qəhvə çalarlı kimi səciyyələndirirlər.
Corc Vaşinqtonun reseptində yazılmışdır: “Qandan azacıq isti olanadək qalmasını gözləməli”. Lakin müasir pivəbişirənlər hesab edirlər ki, Corc Vaşinqton reseptində pivənin hazırlanmasına dair heç də hər şeyi açıqlamamış, nəyi isə gizlətmişdir.
Pivənin dequstasiyasının mayın 18-də Manhettendə keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]
Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
- 09.09.2026 [11:30]
Macarıstanda kənd yerlərinin inkişafı üçün yeni dövlət proqramı başlayıb
- 09.09.2026 [11:10]