ABŞ Polşaya Abrams tanklarının son versiyasını göndərib
Bakı, 12 sentyabr, AZƏRTAC
Amerikanın Abrams M1A2SEPv3 tanklarının yeni partiyası Polşaya gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış sosial şəbəkələrdə məlumat verib.
“Polşaya daha bir zirehli texnika partiyası gətirilib. Dəniz yolu ilə edilən ən böyük tədarüklərdən birinə 38 ədəd M1A2 Abrams tankı və 14 ədəd M88A2 Hercules texniki dəstək maşını daxildir. Yeni texnika tezliklə bölmələrimizə çatdırılacaq”, - deyə nazir yazıb.
Polşa Müdafiə Nazirliyinin Silahlanma Agentliyinin məlumatına görə, bu, Abrams M1A2SEPv3 tanklarının son versiyasıdır. Onlar Polşa ordusunun 18-ci mexanikləşdirilmiş “Dəmir” diviziyasının və 1-ci Varşava zirehli briqadasının arsenalında yer alacaq.
Polşa ordusunda artıq Abrams tanklarının əvvəlki versiyasından olan 116 döyüş maşını var və yeni modifikasiyalı 100-ə yaxın tank da təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]