ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq
Bakı, 17 avqust, AZƏRTAC
ABŞ və Gürcüstan arasında üç il müddətinə hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. AZƏRTAC Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bunu ABŞ-ın Tbilisidəki yeni hərbi attaşesi, polkovnik Stefani Beqli ilə keçirdiyi görüşdən sonra Gürcüstanın Müdafiə naziri Levan İzoriya bəyan edib. Gürcü nazir qeyd edib ki, yaxın illərdə onun rəhbərlik etdiyi nazirlik amerikalı həmkarları ilə əməkdaşlığı daha da gücləndirəcək və bu, ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə kömək edəcək.
ABŞ-ın Gürcüstandakı səfirliyində keçirilən görüşdə fəaliyyətini başa vurmuş sabiq hərbi attaşe Cefri Hartsmana ölkə Prezidenti adından “Şərəf” medalı və xatirə hədiyyəsi təqdim olunub.
Qeyd olunur ki, hazırda 2018—2020-ci illər üçün ABŞ hərbi mütəxəssislərinin 9 gürcü batalyonunun təlimi proqramı həyata keçirilir. Bundan başqa, Pentaqon bu ölkəyə “Javelin” tankəleyhinə sistemlər və M-240 pulemyotları da satır. Levan İzoria bildirib ki, Gürcüstan yaxın vaxtlarda ABŞ-dan “Stinger” zenit-raket kompleksi də alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]