Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Həştərxan vilayətinin qubernatoru ilə görüşüb
Həştərxan, 1 dekabr, Leyla Muradzadə, AZƏRTAC
Həştərxanda səfərdə olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu il vilayətdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bır sıra təntənəli tədbirlərin keçirildiyini qeyd edib. O vurğulayıb ki, xalqlarımızı səmimi dostluq münasibətləri birləşdirir. Qubernator əmin olduğunu bildirib ki, ölkələrimiz möhkəm tərəfdaşlığı davam etdirəcək və gələcəkdə də belə tədbirlər təşkil olunacaq.
İqor Babuşkin diqqətə çatdırıb ki, bu ay onun Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə görüşü gözlənilir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, öz növbəsində, səmimi qəbula görə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə təşəkkürünü bildirib. O qeyd edib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi Azərbaycanda yüksək qiymətləndirilir və mehriban qonşuluq münasibətlərinin təzahürüdür.
A.Fərzəliyev xatırladıb ki, bu ilin aprelində Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərliyi ilə keçirilən “Xəzər -dostluq dənizi” motoyürüş karvanının iştirakçıları Bakıya gəliblər. Bu, münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin xatirəsini əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [10:57]
AQEM-in iştirakçıları "ASAN xidmət"də
- 06.10.2026 [10:52]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
- 06.10.2026 [10:14]
Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
- 06.10.2026 [10:04]
Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib
- 06.10.2026 [09:23]
BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir
- 06.10.2026 [08:22]
Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
- 05.10.2026 [23:25]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [21:52]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:27]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:16]