Abşeronda COVID-19 əleyhinə maarifləndirmə tədbirləri davam edir
Xırdalan, 23 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə ötən həftə bir sıra genişmiqyaslı təbliğat, maarifləndirmə işləri həyata keçirilib, o cümlədən məktəb və bağçalarda valideynlərlə görüşlər təşkil olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, görüşlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılır, vaksinasiya və xəstəliklə bağlı suallar cavablandırılır.
Yerlərdə yoluxma sayının artmasının qarşısını almaq məqsədilə keçirilən görüşlərdə karantin qaydalarına riayət olunur, sosial məsafənin gözlənilməsinə və tibbi maskadan istifadəyə ciddi nəzarət edilir.