ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik edib
Bakı, 19 iyul , AZƏRTAC
Həsən bəy Zərdabidən başlanan əzəli yolun - Milli Mətbuatın 150 illiyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ölkənin bir çox media qurumunun nümayəndələri ilə görüş təşkil edib.
ADSEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə müxtəlif media orqanlarını təmsil edən jurnalistlər bir araya gəlib. ADSEA-nın məsul şəxsləri jurnalistləri təbrik edərək bildiriblər ki, mətbuat cəmiyyətin güzgüsüdür və ictimai rəyə təsir edən əsas qüvvələrdən biridir. Xüsusilə su ehtiyatlarının idarə olunması, ekoloji problemlər, dayanıqlı inkişaf kimi sahələrdə medianın rolu danılmazdır.
Agentliyin məsul şəxsləri media nümayəndələrini təbrik edərək cəmiyyətin məlumatlandırılması istiqamətində göstərdikləri birgə səyə görə onlara təşəkkür ediblər.