AFFA-nın Hakim-İnspektorlar Komitəsinin seminarı keçirilib
Bakı, 5 avqust, AZƏRTAC
AFFA-nın inzibati binasında Premyer Liqanın 2015/2016-cı il mövsümünə hazırlıq məqsədilə Hakim-İnspektorlar Komitəsinin seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Gülağa Cabarovun rəhbərliyi ilə keçirilən seminarda 75 hakim-inspektor və AFFA nümayəndəsi iştirak edib.