AFİNADA DANİMARKA İDMANÇISI HƏBS EDİLMİŞDİR
Yunanıstan mətbuatının məlumatında deyilir ki, faciəli hadisə avqustun 15-də gecə yarısı baş vermişdir. 45 yaşlı turist Afinanın Poseydonos şosesində, yolun Olimpiadada akkreditə olunmuş nəqliyyat üçün ayrılan zolağında vurulmuşdur. 23 yaşlı Danimarka idmançısı, yelkənli qayıqsürmə üzrə yarışların iştirakçısı Niklas-Devid Holm hadisə yerində yaxalanmışdır. İlkin məlumata görə, britaniyalını vuran maşını o idarə edirdi.
Holm polisdən gizlənməyə cəhd göstərməmiş, onun qanında alkoqol aşkar edilməmişdir. Buna baxmayaraq, idmançı həbs edilmişdir və məhkəmə qarşısında cavab verməli olacaqdır.