Afrika İttifaqı həyəcan təbili çalır: COVID-19-a yoluxma halları 1 milyonu ötüb
Qahirə, 7 avqust, AZƏRTAC
Afrika İttifaqının Fəlakətlərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzi (Africa CDC) qitədə COVID-19-a yoluxanların sayının 1 milyonu keçməsi ilə əlaqədar həyəcan təbili çalıb. AZƏRTAC xəbər verir ki, qurumun bəyanatında qətiyyətli və təxirəsalınmaz tədbirlərin görülməsi əsas vəzifə kimi göstərilib. Bundan başqa, CDC ekspertləri qeyd edirlər ki, yeni növ koronavirus pandemiyasının miqyası rəsmi rəqəmlərdən daha çox ola bilər. Belə ki, bəzi ölkələr, xüsusən Tanzaniya pandemiya haqqında heç bir hesabat təqdim etmir.
Bəyanatda qeyd olunub ki, artıq 22 mindən çox insan COVID-19-un qurbanı olub, 690 min pasiyent isə müalicə edilərək evə buraxılıb. CDC indiyədək 55 Afrika ölkəsində 13 milyon test keçirildiyi barədə məlumat yayıb. Əlavə edilib ki, qitədə yoluxma hallarının 75 faizi iki ölkənin - Cənubi Afrika Respublikası (520 min nəfər) və Misirin (95 min nəfər) payına düşür. Pandemiyanın geniş yayıldığı digər ölkələr arasında Nigeriya, Qana, Keniya, Efiopiya, Sudan, Zambiya və Zimbabve göstərilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [22:13]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [21:04]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [19:37]
Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb
- 04.10.2026 [16:50]
Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb
- 04.10.2026 [16:25]
İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək
- 04.10.2026 [16:01]
Hörmüz boğazında gəmi mərmi ilə vurulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]