Ağalı kənd tam orta məktəbində "Riyaziyyat gecəsi" təşkil edilib
Zəngilan, 16 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində yerləşən Ağalı kənd tam orta ümumtəhsil məktəbində "Riyaziyyat gecəsi" keçirilib.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə Zəngilan rayonu üzrə təhsil sektorunun müdiri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbirin təşkilində məqsəd riyaziyyat fənninə şagirdlərin marağının artırılması, şagirdlərin bilik və bacarıqlarının nümayiş etdirilməsidir.
"Riyaziyyat gecəsi" müxtəlif maraqlı təqdimatlar, məntiqi tapşırıqlar və çıxışlarla yadda qalıb.