REGİONLAR
Ağcabədi, Beyləqan və Füzuli rayonlarında buraxılış imtahanları uğurla başa çatıb
![](/files/galleryphoto/2019/1/1200x630/15528230891623519057_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15528230892805360606_1200x630.jpg)
Ağcabədi, 17 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin martın 17-də qurumun Bərdə regional bölməsinin əhatə etdiyi Ağcabədi, Beyləqan və Füzuli rayonlarında ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının birinci mərhələsi uğurla başa çatıb.
Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Elton Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Ağcabədidə 4, Beyləqanda 4, Füzulidə 4 imtahan mərkəzi ayrılıb. İmtahanlarda Ağcabədi rayonu üzrə 1720, Beyləqan rayonu üzrə 1164, Füzuli rayonu üzrə 808 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
Saat 11-də başlanan imtahan 3 saat davam edib. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib.
Buraxılış imtahanları 12 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri tərəfindən idarə olunub. İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qayda pozuntusu qeydə alınmayıb.