Ağcabədi kümçüləri barama tədarükünə başlayıblar
Ağcabədi, 5 iyun, AZƏRTAC
Ağcabədi rayonunda barama tədarükünə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il 455 qutu ipəkqurdu toxumu bəsləyən rayon kümçüləri bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Kümçülər tərəfindən gətirilən məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində qəbul edilir. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazımi şərait yaradılıb. Cari ilin ilk məhsulunu rayonun Aran, Aşağı Avşar, Hacılar, Kəbirli, Qaravəlli, habelə Şahsevən, Təzəkənd kəndlərindən olan kümçülər təhvil veriblər.
Mövsümün ilk günlərində kümçülərin yetişdirdikləri 920 kiloqram məhsul təhvil alınıb.