REGİONLAR
Ağcabədidə məktəblilərə Yeni il hədiyyələri paylanılıb
Ağcabədi, 30 dekabr, AZƏRTAC
Ağcabədi rayon Gənclər və İdman İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə məktəbliləri sevindirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman İdarəsinin nümayəndələri Ağcabədi şəhər 2 nömrəli və Xocavənd kənd 1 nömrəli tam orta məktəblərinə gedərək, şagirdlərlə görüşüblər. İdarənin rəis müavini Eldəniz Qənbərov tədbirlərdə çıxış edərək məktəbliləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara xoşbəxt və firavan həyat arzulayıb.
Yeni il bayramının əsas personajı olan Şaxta baba şagirdlərə bayram hədiyyələri paylayıb. Məktəblilər Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə aid şeirlər söyləyıb, mahnılar ifa ediblər. Müəllim və şagirdlər bayram ərəfəsində göstərilən qayğı və diqqətə görə təşşəkkürlərini bildiriblər.