Ağdam, Bərdə, Tərtər və Yevlax rayonlarında buraxılış imtahanları uğurla başa çatıb
Bərdə, 11 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin martın 11-də qurumun Bərdə regional bölməsinin əhatə etdiyi Ağdam, Bərdə, Tərtər və Yevlax rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi uğurla başa çatıb.
Mərkəzin Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Ağdamda 3, Bərdədə 5, Tərtərdə 2, Yevlaxda 3 imtahan mərkəzi ayrılmışdı. İmtahanlarda Ağdam rayonu üzrə 929, Bərdə rayonu üzrə 2200, Tərtər rayonu üzrə 886, Yevlax rayonu üzrə 1397 nəfər 9-cu sinif şagirdi iştirak edib.
İmtahanlar saat 11-də başlayıb və 2 saat davam edib. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saatlıq müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib.
Buraxılış imtahanları 52 imtahan rəhbəri və 464 nəzarətçi müəllim tərəfindən idarə olunub. İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qayda pozuntusu qeydə alınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Culfada yaşayış binasında yanğın olub
- 11.06.2026 [08:46]
Lənkəranda güləş festivalı idmansevərləri bir araya gətirib
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]