Ağdamda polis əməkdaşları koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini davam etdirirlər
Bakı, 16 may, AZƏRTAC
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edirlər. Həmçinin dayanacaqlarda, marşrut avtobuslarında maska taxmadan əyləşən sərnişinlərə, eləcə də piyada hərəkət edən sakinlərə tibbi maska təqdim olunub, sosial məsafənin qorunması tövsiyə edilib.