REGİONLAR
Ağdaşda meyvə istehsalı 3300 ton artmışdır
Ağdaş, 22 noyabr (AZƏRTAC). Ağdaş rayonunda meyvəçiliyin inkişafı üçün görülən işlər ildən-ilə öz bəhrəsini verir. Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonda fermerlər meyvə bağlarının genişləndirilməsi və ağaclara düzgün aqrotexniki qulluq göstərilməsi hesabına ötən illə müqayisədə daha çox məhsul istehsal etməyə nail olmuşlar.
Rayonda 1327 hektar bar verən meyvə bağı mövcuddur. Bağbanlar ötən il 16 min 900 ton, cari ildə isə 20 min 200 ton məhsul toplamışlar. Bağlarda meyvə yığımı davam etdirilir. Cari ildə 95 hektar sahədə yeni meyvə bağı salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]