“Qarabağ”ın futbolçusu: Hər kəs nəyə qadir olduğumuzu gördü
Bakı, 27 may, AZƏRTAC
“Bilirsiniz ki, çempion olmaq mükəmməl hissdir. Hamımız çox xoşbəxtik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün qalibi olan “Qarabağ” klubunun futbolçusu Kevin Medina mükafatlandırma mərasimindən sonra deyib.
Kolumbiyalı müdafiəçi bildirib ki, çempionluq kubokunu qaldıranda mövsümün başlanğıcı yadına düşüb: “O an fikirləşdim ki, bu uğuru necə çətinliklə qazanmışıq. Həmin günlər sanki film kimi gözümün önündən keçdi. Birinci turun ilk oyunundan etibarən çox əziyyət çəkdik. Bunun qarşılığını aldığımız üçün sevinirəm. Hər kəs bizim nəyə qadir olduğumuzun şahidi oldu. Qələbəyə görə, sadəcə, xoşbəxt olduğumu deyə bilərəm”.
31 yaşlı oyunçu növbəti hədəfləri ilə bağlı indidən düşünmək istəmədiyini bildirib: “Əslində, bu barədə fikirləşməmişəm. Bir idmançı nə qədər uğur əldə etsə də, həmişə daha artığını istəyir. Hazırda bu anı yaşamaq istəyirəm. Fikrimcə, bu barədə düşünmək üçün hələ çox zamanım olacaq”.
Qeyd edək ki, “Qarabağ” 83 xalla bu mövsüm tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]