MƏDƏNİYYƏT
Elçin Əzizovun “kəpənəksiz” konserti
Moskva, 27 may, AZƏRTAC
Azərbaycanın Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov Moskvadakı “Qelikon-opera” musiqili teatrında verdiyi bir konsertdə özünün yumora olan sevgisini opera sənəti ilə birləşdirib.
AZƏRTAC xəbər verir ki, mayın 27-də “Kəpənəksiz opera” adlı konsert-stendap olub. Tamaşaçılardan gələn çoxsaylı xahişlərə cavab verən Elçin Əzizov özünün unikal layihəsini təkrarlayıb.
Müğənni konsertdən əvvəl deyib: “Bilirsiniz ki, mən həm yumoru, həm də operanı sevirəm! Artıq fevralın 10pda onları birləşdirməyə cəhd etdim və olduqca maraqlı alındı. Ona görə də mayın 26-da opera stendapımı təkrar edirəm. Ən parlaq ariyalarımı ifa edəcəyəm və sizlərə opera və başqa sahələrlə bağlı çox gülməli hadisələr barədə danışacağam”.
Tamaşaçılar Elçin Əzizovun repertuarındakı ən məşhur ariyalara qulaq asıblar. Müğənni, həmçinin böyük pedaqoqlar və rejissorlarla birgə fəaliyyətindən bəhs edib, şəxsi həyatı və yaradıcılığı ilə bağlı maraqlı hadisələri auditoriya ilə bölüşüb.
Konsertdə müğənnini Konstantin Çudovskinin rəhbərliyi ilə Dövlət Kreml Orkestri müşayiət edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva