İQTİSADİYYAT
Milli Məclisin komitə iclasında 2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər müzakirə edilir
![](/files/galleryphoto/2024/2/1200x630/17167976983375049155_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17167976983695692_1200x630.jpg)
Bakı, 27 may, AZƏRTAC
2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
İclasın gündəliyinə büdcə dəyişiklikləri ilə bağlı aşağıdakı üç məsələ daxil edilib:
1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).