"Gəncə və gəncəlilər" layihəsi Qəmbər Hüseynlinin əziz xatirəsinə həsr olunacaq
Bakı, 27 may, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncə və gəncəlilər" layihəsi görkəmli Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Qəmbər Hüseynliyə həsr olunacaq.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, iyunun 1-də bəstəkarın əziz xatirəsinə həsr olunmuş "Ay işığında" adlı konsert proqramı keçiriləcək.
Gecədə bəstəkarın “Ay işığında”, “İlk məhəbbət”, “Tel nazik”, “Tellər oynadı”, “Çeşmə başında”, “Düşər yadıma”, “Gecələr uzanaydı”, “Dolanım başına” və digər sevilən mahnıları səsləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]