“Qarabağ”ın braziliyalı futbolçusu: Çempionlar Liqasının qrupunda oynamaq istəyirik
Bakı, 27 may, AZƏRTAC
“Növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün qalibi olan “Qarabağ”ın futbolçusu Julio Romao mükafatlandırma mərasimindən sonra deyib.
O, mövsüm ərzində çəkilən əziyyətin bəhrəsini gördüklərini bildirib: “Mövsümün əvvəlindən bu titulu qazanmağı hədəfləyirdik. Bir idmançının sonda nailiyyət əldə etməsi möhtəşəmdir. Çempion olduqsa, deməli ki, yeni mövsümdə Çempionlar Liqasının təsnifat mərhələsində oynayacağıq. Orada mübarizə aparmaq fərqlidir. Bu il Azərbaycan xalqına avrokuboklarda yaşatdığımız həyəcanı yenidən bəxş etmək istəyirik”.
27 yaşlı yarımmüdafiəçi “Qarabağ”dakı gələcəyi ilə bağlı isə bunları söyləyib: “Klubla müqaviləm davam edir. Burada xoşbəxtəm və qalmaq istəyirəm. “Qarabağ”ın forması əynimdə olduğu müddətdə titullar qazanmaq üçün əlimdən gələni edəcəyəm. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]