Ağsaqqallar gənclərlə görüşəcəklər
Bakı, 24 aprel (AZƏRTAC). Azərbaycan Ağsaqqallar Şurasının bölgələrdə gənclərlə görüşləri davam edir.
AZƏRTAC xəbər verir ki, ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə aprelin 26-da Qarabağ bölgəsi üzrə 9 rayonun ağsaqqalları ilə gənclərin görüşü keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, müavinləri- akademik Teymur Bünyadov, Bayram Yusifov, idarə heyətinin üzvləri, Milli Məclisin deputatları və Şuranın rəsmi orqanı olan “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov iştirak edəcəklər.
Görüşün məqsədi gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında Ulu Öndərin irsindən bəhrələnərək, ağsaqqalların təcrübə və tövsiyələrini yeni nəsillərə aşılamaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]