Ağstafa, Gədəbəy, Tovuz və Qazaxda mülki müdafiə sahəsində görülmüş işlər müzakirə olunub
Bakı, 18 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən Ağstafa, Gədəbəy, Tovuz və Qazax Rayon İcra hakimiyyətlərində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsindən ibarət olub.
Çıxış edənlər keçirilən müşavirənin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.
Müşavirələrdə Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirələrdə qarşıdan duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb.