Ağsu dolaylarında baş verən qəzanın təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
Ağsu, 6 noyabr, AZƏRTAC
Ağsu dolaylarında baş verən qəzanın təfərrüatları məlum olub.
AZƏRTAC xəbər verir ki, Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ağsu dolaylarında dərəyə aşıb. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
11:09
Ağsu dolaylarında maşın yoldan çıxaraq aşıb, iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Ağsudan Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Yol qəzası nəticəsində avtomobildə sərnişin qismində olan rayonun Cəlayir kəndinin iki sakini hadisə yerində ölüb.
Qəzada həyatını itirən şəxslərin ata və oğul olduğu bildirilir.
Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan araşdırmalardan sonra bəlli olacaq.