Ağsu-Xanbulaq avtomobil yolunun 7-ci kilometrində hərəkət bərpa edilib
Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci kilometrində yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı tökülüb. Nəticədə yol ilə hərəkət qısa müddətə məhdudlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əraziyə dərhal agentliyin texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa edilib.
Sözügedən ərazi aktiv sürüşmə zolağında yerləşir, torpaq uçqununa isə intensiv yağışlar səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:54]
Culfada ictimai-iaşə obyektinin fəaliyyəti dayandırılıb
- 10.06.2026 [17:18]
Hacıqabulda açıq ərazidə yanğın başlayıb VİDEO
- 10.06.2026 [16:19]
Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
- 10.06.2026 [15:53]