Aktauda keçirilən moda festivalında Azərbaycan da təmsil olunub
Aktau, 18 fevral, АZƏRTAC
Aktauda Xəzəryanı ölkələrin gənc modelyer-dizaynerlərinin “Fella Fashion Show” adlı moda festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, bu şəhərdə təşkil edilən festivalda Qazaxıstan modelyer dizaynerləri ilə yanaşı, Azərbaycan, Özbəkistan və Türkmənistan modelyerlərinin geyimləri nümayiş olunub.
Ölkəmizi bu festivalda gənc modelyer Zümrüd Mirzəliyeva təmsil edib.
Onun yeni yaz kolleksiyasından olan geyimləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau