Azərbaycan Dövlət İnformasiya Agentliyi

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Bakı, 17 may, AZƏRTAC

Təkamül prosesində infeksiyaların təsiri nəticəsində insanın immun sistemi təkmilləşmişdir. Eyni zamanda, milyon illər ərzində infeksion törədicilərin də təkamülü baş vermişdir. Keçən əsrin əvvəllərində (1906) allergalogiyanın inkişafının başlanğıcında, avstriyalı alim Klemens Pirke infeksiya və allergik patalogiya arasındakı əlaqəyə diqqət yetirmişdir.

Mövcud koronavirus pandemiyası şəraitində bu əlaqənin öyrənilməsi zəruridir. Hazırda bizim üçün tamamilə yeni olan COVID-19-un pandemiya elan edilməsi ilə əlaqədar karantin və sərt məhdudlaşdırıcı tədbirlər şəraitində yaşayırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor

Lalə Allahverdiyevanın “Allergiya və koronavirus infeksiyası - bir medalın iki üzü” sərlövhəli məqaləsində yer alıb. Yazını oxuculara təqdim edirik.

Allergiyadan əziyyət çəkən xəstələrin əksəriyyəti kəskin respirator virus infeksiyalarına meyillidirlər. Viruslar hər zaman allergik xəstəliklərin, xüsusən də bronxial astmanın kəskinləşməsi üçün triger rolu oynayır. Ağır bronxial astma xəstələri COVID-19-un yayılması ilə əlaqədar yüksək risk qrupundadırlar. Virus xəstəlikləri və COVID-19-un inkişafı bronxial astmanın simptomlarını ağırlaşdıra və xəstələrin vəziyyətini xeyli pisləşdirə bilər.

Molekulyar diaqnostik metodların tətbiqi koronavirus infeksiyasının bronxial astmanın kəskinləşməsinə səbəb olduğunu göstərmişdir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarına görə, SARS-CoV-2 koronavirus infeksiyası bronxial astmanı kəskinləşdirən bir trigerdir və astmatik xəstələrdə ağır pnevmoniya törədə bilər. İnfeksiyanın qoşulması astmatik pristupların tez-tez təkrarlanmasına və xəstənin astmatik statusa düşməsinə gətirib çıxardır. Astma xəstələri xüsusilə ehtiyatlı olmalıdırlar. Ona görə ki, bu tədqiqatlar məhdudd saydadır və araşdırmalar hələ başlanğıc mərhələdədirlər.

COVID-19 fonunda bronxial astma xəstələrində simptomlar adətən dəyişir və daha ciddi olur. Nəzarət olunmayan bronxial astma xəstələri COVID-19-a yoluxduqda nəticə daha ağır ola bilər.

Bronxial astmada infeksiyanın ağır gedişli olmasının səbəbləri ağciyərlərin ventilyasiyasının azalması, tənəffüs yollarında mikrobların sayının artması, immunitetin zəifləməsi, hormonal preparatların qəbuludur. Məlumdur ki, hormonal terapiyanın əlavə təsiri tənəffüs yollarının selikli qişalarının qoruyucu xüsusiyyətlərinin azalmasına və ikinci infeksiyaya meyilliyə səbəb olur.

Eyni zamanda, ABŞ-da aparılan son tədqiqatların nəticələri göstərdi ki, bronxial astma xəstələri koronavirus infeksiyası üçün yüksək risk qrupuna daxil deyillər. Onların düşüncələrinə görə, respirator allergiya və bronxial astma olan xəstələrdə COVID-19-un ciddi və həyati təhlükəli klinik təzahürləri müşahidə edilməyə bilər. Yalnız ağır nəzarətsiz bronxial astma xəstələri istisna olunur.

Həmçinin Çin tədqiqatçılarının nəticələri də bronxial astma və digər respirator allergik xəstəliklərin ağır COVID-19-un inkişafı üçün əhəmiyyətli bir risk faktoru olmadığını göstərdi. Bunun səbəbi belə xəstələrdə tənəffüs yollarının hüceyrələrində ACE2 geninin (angiotenzin çevirən ferment) ekspressiyasının azalmasıdır. ACE2 geninin ekspressiysı hipertoniya xəstəliyi, piylənmə, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet və siqaret çəkən xəstələrdə artır və bununla əlaqədar olaraq onlarda koronavirus infeksiyası ağır keçir.

COVID-19-un spesifik müalicəsi olmadığı müddətdə bronxial astma xəstələrini qorumaq məqsədi ilə bütün səylər koronavirus infeksiyasının profilaktikasına yönəldilməlidir. Eyni zamanda, bronxial astmanı nəzarətdə saxlamaq məqsədi ilə bazis terapiyanı mütləq davam etdirmək lazımdır (inhlyasiyon qlükokortikosteroidlər, inhlyasiyon qlükokortikosteroidlər / uzun təsirli β2 agonistlər, antileukotrienlər).

Bronxial astma olan xəstə koronavirusa yoluxmamaq üçün əllərini tez-tez sabunla yumalı (ən azı 20 saniyə), COVID-19 epidemiyası zamanı insanlarla təmasdan çəkinməli, hamam otağı, dəsmal, qab-qacaq və digər məişət əşyalarını ortaq istifadə etməməlidir. Səthlərin təmizlənməsi və dezinfeksiya edilməsini ailə üzvləri xəstə evdə olmadıqda aparmalıdır ona görə ki, dezinfeksiyaedici maddələr astma tutmasına səbəb ola bilər.

Bronxial astma xəstələrinə aşağıdakı xüsusi tövsiyələr verilə bilər:

- özünü təcrid və karantin rejimini pozmamaq;

- həkim tərəfindən təyin olunan dərmanları təlimata uyğun qəbul etmək;

- astma tutmasına səbəb ola biləcək dezinfeksiyaedici maddələrdən uzaq durmaq;

- astma tutmasına səbəb ola biləcək stressdən uzaq durmaq.

Bronxial astma xəstəsi infeksiyaya yoluxmamaq üçün bütün bu tövsiyələrə əməl etməlidir.

Nebulayzer istifadəsindən çəkinmək lazımdır. Çünki, nebulayzer virusun digər xəstələrə və tibb işçilərinə yayılması riskini artırır. Bronxial astma tutmalarının müalicəsində spacer vasitəsilə dozalanmış aerosol inhlyatorlara üstünlük verilməlidir, zəruri hallarda müşdük və ya sıx maskalardan istifadə edilməlidir.

Spirometriya virus infeksiyasını yayaraq tibb işçiləri və pasiyentlərdə yoluxma riskini artıra bilər. Buna görə də təsdiqlənmiş və ya şübhəli koronavirus infeksiyası olan pasiyentlərdə spirometriya müayinəsi aparılmamalıdır. Koronavirus pandemiyası dövründə vacib olmadığı halda tibb müəssisələrində spirometriya və nəfəs vermənin zirvə sürətinin ölçülməsi (pikfloumetriya) müayinələrinin istifadəsini məhdudlaşdırmaq lazımdır.

Beləliklə, bronxial astma olan xəstə xəstəliyin gedişinə nəzarət etməli, sosial məsafəni saxlamalı və infeksiyanın profilaktikası üçün bütün tövsiyələrə əməl etməlidir. Ağır nəzarətsiz bronxial astmalı xəstə COVID-19 infeksiyasına yoluxarsa, onda ciddi ağırlaşma riski daha yüksəkdir. Bronxial astma xəstələrində tənəffüs yollarındakı iltihabı azaltmaq və kəskinləşmə riskini maksimum aşağı salmaq çox vacibdir. Xəstələr bilməlidirlər ki, astma əleyhinə dərmanların qəbulunun dayandırılması və ya terapiyanın dəyişdirilməsi SARS-CoV-2 infeksiyasına yoluxma riskindən daha təhlükəlidir.

Allergik rinitli xəstələr də yuxarıda göstərilən bütün tövsiyələrə əməl etməlidirlər. COVID-19 pandemiyası dövründə allergik rinit olan pasiyentlər həkim tərəfindən təyin olunan nazal kortikosteroidlər ilə müalicəni davam etdirməlidirlər.

Bu gün oxşar əlamətləri olan COVID-19, qrip və mövsümi allergiya (pollinoz) arasında differensial diaqnostika aparmaq çox vacibdir.

Pollinozdan əziyyət çəkən xəstələr COVID-19-a görə yüksək risk qrupuna daxildirlər. Belə xəstələrdə mukozal immunitet pozulur və qüsurlu dövran yaranır, bu zaman infeksiya allergiyanın gedişini, allergiya isə respirator infeksiyanın gedişini ağırlaşdırır.

COVID-19 və pollinoz əlamətlərini necə ayırd etmək olar?

Pollinozun əsas simptomları gözlərdə qaşınma, sulanma, yad cisim hissiyatı, konyunktivanın hiperemiyası, burunda qaşınma, burun tutulması, burun axıntısı və asqırmadır. Pollinoz və COVID-19 -un əsas fərqləri pollinozun mövsümi olması və simptomların antiallergik dərmanlar ilə aradan götürülməsidir. Koronavirus rinoreyaya səbəb ola bilər, lakin bu virusun fərqləndirici əlamətlərindən biri allergiyada müşahidə olunmayan yüksək temperaturdur. Yadda saxlamaq lazımdır ki, pollinozlar üçün temperaturun yüksəlməsi və həzm sisteminin pozulmaları xarakterik deyil. Yüksək temperatur, boğaz ağrısı, quru öskürək və çətinləşmiş tənəffüs müşahidə olunanda COVID-19 barədə düşünmək lazımdır.

COVID-19, qrip və allergiyanın

differensial diaqnostikası

Qrip, allergiya və COVID-19 simptomları oxşardır, lakin yüksək temperatur, quru öskürək və çətinləşmiş tənəffüs olanda COVID-19 barədə düşünmək lazımdır.

COVID-19, qrip və allergiyanın 
differensial diaqnostikası

                                                                      Allergiya     Qrip      COVID-19

Şiddətli burun axıntısı                                          ■  

Asqırma                                                              ■  

Xoruldama                                                          ■  

Gözlərin qızarması                                              ■  

Burun qaşıntısı                                                    ■  

Baş və boğaz ağrısı                                                              ■              ■

Tənəffüsün çətinləşməsi                                                                       ■

Temperaturun birdən yüksəlməsi                                          ■              ■

Ümumi əzələ zəifliyi                                                             ■              ■

Quru öskürək                                                      ■               ■             ■

 

Ağır gedişli COVID-19 əlamətləri tənəffüs çatışmazlığının tez proqressivləşməsi, tənginəfəsliyin artması və pulsoksimetriyası ilə ölçülən oksigen saturasiyasının azalmasıdır (93 faizdən aşağı). Pulsoksimetriya tənəffüs dəstəyinə ehtiyacı olan hipoksemiyalı xəstələri müəyyənləşdirməyə və onun effektivliyini qiymətləndirməyə imkan verən skrininq metoddur. Hipoksemiya səviyyəsinin mütləq monitorinqi, xüsusən də gecə saatlarında bu simptomların olması əsas klinik göstəricilərdir.

Pollinozlu xəstələr spesifik allergen ilə mümkün qədər təmasda olmamalı və həkim allerqoloq ilə müalicə planını konsultasiya etməlidirlər. Bu günə qədər COVID-19 pandemiyası zamanı antiallergik dərmanların istifadəsini qadağan edəcək bir tədqiqat yoxdur.

Hazırda dünya allergoloqları və dermatoloqları yeni bir simptom müşahidə edirlər - bunlar COVID-19 olan xəstələrdə dəri təzahürləridir. Bir müddət əvvəl İtalyan həkimlər “Denqe qızdırmasına bənzər səpgi”, “övrəyə bənzər səpgi” (hives like rash), “kapilyarlarda qan dövranının pozulması” (livedo reticularis), “qızılcaya bənzər səpgi” və “aşağı ətraf barmaqlarında donvurmaya bənzər səpgilər” (COVID ayaq barmaqları) kimi 5 növ dəri reaksiyası təsvir etdilər . “COVID ayaq barmaqları” uşaqlarda və gənclərdə daha çox rast gəlinir və ayaqlarda mavi və ya bənövşəyi səpgilər ilə xarakterizə olunur.

Qabarcığa bənzər vezikulyar səpgi ən çox gövdə nahiyəsində müşahidə olunurdu. Karonavirus infeksiyalı xəstələrin əksəriyyətində makulopapulyar səpgi müşahidə olunurdu, hansı ki, həkimlər çəhrayı dəmrovla müqayisə edirdilər. Belə səpgilər ən çox ağır xəstələrin bədənində qeydə alınıb. Əsasən ağır formalı koronaviruslu yaşlı xəstələrin bədənində qan damarlarının tor şəklində göyərməsi və nekroz, yəni dəri toxumalarının erkən ölümü müşahidə olunurdu.

Maraqlıdır ki, dəri təzahürləri olan xəstələrdə koronavirus infeksiyası üçün xarakterik olan digər respirator simptomlar olmurdu və xəstəliyin erkən mərhələlərində test nəticələri mənfi olurdu. Digər simptomlar olmadıqda dəri səpgiləri COVID-19-un ilk əlaməti ola bilər və ehtimal olunur ki, bu mikrosirkulyasiya pozğunluqları və mikrotrobların meydana gəlməsi və ya bədənin ümumi iltihab reaksiyasının nəticəsidir. Belə xəstələrdə ayaq barmağındakı səpgilər 7-10 gündən sonra iz qoymadan yox olur, bundan sonra xəstəliyin respirator siptomları başlayır və test nəticələri müsbət olur. Bu baxımdan lazımi diaqnostik addım, COVID-19 olan xəstələrdə dəri səpgilərinin vaxtında tanınması və koronavirus infeksiyasının adekvat müalicəsidir.

COVID-19-un klinik təzahürlərindən və ya ağırlaşmalarından biri də övrə ola bilər. Fransız həkimlərin verdiyi məlumata görə koronavirus ilə yoluxmuş xəstələrin müayinəsi zamanı onlardan bir neçəsində yeni simptom - övrəyə bənzəyən və şiddətli qaşınma verən dəri səpgiləri müşahidə olundu. Bəzi hallarda bu səpgilər ağrılı ola bilir. Lakin virusun dəriyə təsirinin dəqiq səbəblərini müəyyən etmək hələ mümkün olmayıb. Alimlər belə xəstələrlə təcili məşğul olmağı təklif edirlər. Ona görə ki, belə simptomları olan xəstələrdə xəstəliyin tənəffüs təzahürləri olmasa da, nəzəri cəhətdən virusun dəri vasitəsilə ötürülmə ehtimalı yüksək ola bilər. Bu baxımdan, tənəffüs simptomları fonunda və ya onsuz səpgi aşkar edilərsə, epidemiya dövründə xəstədə COVID-19 infeksiyası inkar edilməlidir.

Allergik xəstəliklərin müalicəsində özünəməxsus yer tutan spesifik immunoterapiya (SİT) tibbi personal ilə dövri və uzun müddətli təmas tələb edir. Koronavirus pandemiyası dövründə, allergoloji mərkəzlər və şöbələrdə SİT qəbul edən bütün xəstələr DST və Avropa Xəstəliyin Qarşısının Alınması və Nəzarəti Mərkəzi tərəfindən tövsiyə olunan profilaktik tədbirlərə riayət etməlidirlər. Yoluxa biləcək xəstələrin sayını azaltmaq məqsədi ilə SİT qəbul edən xəstələrin məsləhət və ya həkimlə əlaqə üçün telefon və ya onlayn olaraq allerqoloji mərkəzə müraciət etmələri tövsiyə olunur. Bu ilk növbədə spesifik immunoterapiyanı dərialtı metod ilə qəbul edən xəstələrə aiddir. Sublingual və ya peroral SİT qəbul edən xəstələr onu ev şəraitində davam edə bilərlər. Bununla yanaşı, hər hansı digər virus infeksiyası epidemiyasında olduğu kimi, COVID-19 pandemiyası zamanı SİT başlamaq tövsiyə edilmir. Qeyd etmək lazımdır ki, SİT tətbiq edən tibb personalı fərdi qoruyucu vasitələrlə təchiz olunmalıdırlar.

Yalnız respirator allergiyalarının deyil, digər allergik xəstəliklərin və COVID-19-un qarşılıqlı təsiri məsələsini həll etmək üçün əlavə araşdırmalara ehtiyac var. Bu əlaqələrin öyrənməsi yeni terapevtik strategiyaları daha effektiv şəkildə müəyyənləşdirə və pandemiyaya nəzarət edə bilər.

Ətraf mühitin dəyişməsi, iqlimin istiləşməsi, əhali sıxlığının artması, biotexnologiyanın inkişafı, iqtisadiyyatın qloballaşması, miqrasiya axınının artması və digər amillər yeni infeksiyaların yaranmasına və yayılmasına rəvac verir. İnfeksion xəstəliklərin epidemiyaları ilə əlaqəli bioloji təhlükələr qlobal xarakter daşıyır. COVID-19 epidemiyası XXI əsrin son təhlükəsi deyil. Dünyanın bütün ölkələri infeksiyaların meydana gəlməsinin və yayılmasının qarşısını almaq, vaxtında diaqnoz qoymaq, müalicə və profilaktika metodlarını inkişaf etdirmək və vaksinlər yaratmaq üçün koordinasiya olunmuş tədbirlərə hazır olmalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Torpaqdan yoğrulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi VİDEO

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib