Alman biznesi hökuməti “bir az yavaşımağa” çağırır
Berlin, 23 aprel, AZƏRTAC
Alman Ticarət-Sənaye Palataları Assosiasiyası Almaniya hökumətinə müraciətlə iqtisadi tənəzzül şəraitində özəl sektorun vergi yükünü və qanunvericilikdə nəzərdə tutulan digər yükləri azaltmağa çağırıb.
AZƏRTAC Assosiasiyanın mətbuat konfransından bildirir ki, DİHK prezidenti Erik Şvaytser jurnalistlərə deyib: “Bizdə biznesin üzərinə düşən yük başqa ölkələrlə müqayisədə xeyli artıb”. Şvaytser hökuməti bu sahədə “bir az yavaşımağa” çağırıb və əlavə edib ki, əgər hökumət bu xahişə əməl etsə, bu, iqtisadi dirçəliş mühüm stimul olacaq.
Şvaytser elektrik enerjisinin qiymətinə diqqəti cəlb edərək deyib: “Elektrik enerjisinin qiyməti ilə əlaqədar deyə bilərəm ki, şirkətlərin çoxunun xərcləri artıb və nəticədə sahibkarlığın inkişafı üçün müəyyən risk yaranıb”.
Onun sözlərinə görə, Almaniyada orta ölçülü sənaye müəssisələri üçün elektrik enerjisinin tarifləri dünya bazarlarında Almaniyanın əsas rəqibi olan qonşu Fransadakı ilə müqayisədə iki dəfə yüksəkdir.
Sağ mərkəzçi iqtisadiyyat naziri Piter Altmayer də son illərdə biznesə tətbiq edilən vergilərin, rüsumların və lüzumsuz bürokratiyanın azaldılmasına tərəfdar olduğunu bildirib. Maliyyə nazirinin mətbuat katibi, sol-mərkəzçi sosial demokratların nümayəndəsi Olaf Şlots isə öz tvitter mikrobloqunda yazıb ki, onun Nazirliyinin fikrincə, vergi islahatları aparılması üçün əsas yoxdur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]