Almaniyada milyonlarla insan Günəş tutulmasını izləyib
Berlin, 13 avqust, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, Berlində tutulma saat 19:15-də başlayıb. Günəşin Ay tərəfindən örtülməsi saat 20:08-də maksimum həddə çatıb. Bu zaman Günəş diskinin təxminən 85 faizi Ay tərəfindən örtülüb. Hadisə saat 20:38-də başa çatıb və ümumilikdə 1 saat 23 dəqiqə davam edib.
Berlində on minlərlə insan bu nadir səma hadisəsini xüsusi qoruyucu eynəklərlə izləyiblər. Almaniyanın digər bölgələrində də Günəş tutulması müşahidə olunub. Ölkə üzrə tutulma şimalda təxminən saat 19:11-də başlayıb və bölgədən asılı olaraq axşam saatlarında başa çatıb.
Günəş tutulması Almaniyada tam deyil, qismən müşahidə olunub. Tam tutulma isə Avropanın bəzi bölgələrində, o cümlədən İspaniyanın müəyyən ərazilərində izlənilib. Avropada bundan əvvəlki tam Günəş tutulması 1999-cu ildə baş verib. Almaniyada isə daha yaxın tarixdə - ötən il martın 29-da qismən Günəş tutulması müşahidə olunub.
Elvin Mövsüm