Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq artisti: Azərbaycan dilinin qorunması milli kimliyin qorunması deməkdir

Xalq artisti: Azərbaycan dilinin qorunması milli kimliyin qorunması deməkdir

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan dilinin saflığının qorunması ilə onun müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi bir-birinə zidd deyil. Əksinə, ana dilinin zənginləşdirilməsi və yeni anlayışları ifadə etmək imkanlarının genişləndirilməsi milli kimliyin qorunması ilə paralel aparılmalıdır. Bu baxımdan dilə münasibət, milli-mədəni dəyərlərin yaşadılması və müasir dünyaya inteqrasiya məsələləri xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı söyləyib. Xalq artisti bildirib ki, ana dilinə münasibət insanın özünü və milli mənsubiyyətini dərk etməsi ilə birbaşa bağlıdır: “İnsan ilk növbədə özünü, tarixini, mədəniyyətini və köklərini tanımalıdır. Bu dəyərlər dərk edildikcə dilə münasibət də daha məsuliyyətli və şüurlu xarakter alır. Biz özümüzü tanıyandan sonra sözümüzü tanıya bilərik. Biz sözümüzü tanımalıyıq ki, dilimizi qoruya bilək. Bu söz mənimdir, ya mənim deyil? Bu söz mənə aiddir, yoxsa mənə aid deyil? Bu sözün kökü nədir, sözün özü nədir?”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması müasir dövrdə əvvəlki illərlə müqayisədə daha böyük əhəmiyyət kəsb edir. Çünki qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və virtual kommunikasiya müxtəlif dillərin və mədəniyyətlərin bir-birinə təsirini gücləndirib. Virtual məkanın sərhədləri aradan qaldırdığı müasir dünyada milli kimliyi və ana dilini qorumaq üçün insan öz mədəni köklərini yaxşı bilməlidir.

“Biz özümüzü yaxşı tanısaq, mədəniyyətimizi, kökümüzü yaxşı tanısaq, başqa mədəniyyətlərin əsiri olmayacağıq, başqa mədəniyyətlərin içərisində itib-batmayacağıq. Özümüz olaraq qalacağıq”, - deyə sənətçi qeyd edib.

Azərbaycan dilinin zəngin imkanlara malik olduğunu və əsrlər boyu müxtəlif tarixi mərhələlərdən keçərək bu günümüzə gəlib çatdığını vurğulayan Xalq artisti deyib: “Dilin qorunması onun inkişafının qarşısının alınması anlamına gəlməməlidir. Əksinə, dil zamanın dəyişən tələblərinə uyğun şəkildə inkişaf etməli və yeni anlayışları ifadə etmək imkanına malik olmalıdır. Dünyada gedən proseslərdən kənarda qalmaq mümkün deyil. Müasir texnologiyalar, yeni elmi istiqamətlər, ictimai və mədəni proseslər yeni anlayışların meydana çıxmasına səbəb olur. Azərbaycan dili də bu yenilikləri ifadə edə biləcək şəkildə daim zənginləşməlidir.

Əsas məsələ yeni söz və anlayışların Azərbaycan dilinin daxili imkanları, dilin qrammatik və fonetik xüsusiyyətləri nəzərə alınmaqla mənimsənilməsidir. Həmçinin milli mədəniyyətlə müasirlik arasında düzgün balansın qorunması vacibidir. Müasir dünyaya inteqrasiya etmək milli dəyərlərdən imtina etməyi tələb etmir. Eyni zamanda, keçmişə bağlılıq da inkişafın qarşısını almamalıdır.

Müasirləşmək adı altında milli mədəniyyətdən imtina nə qədər təhlükəlidirsə, dünənə qapanıb qalmaq da bir o qədər ziyanlıdır. Çünki zaman çox sürətlə inkişaf edir”.

Nurəddin Mehdixanlı bildirib ki, Azərbaycan dilinin gələcəyi, ilk növbədə, bu dildə danışan insanların sayından və onların ana dilinə münasibətindən asılıdır: “Dil yalnız qorunmaqla deyil, gündəlik həyatda, ailədə, təhsildə, mədəniyyətdə, ictimai mühitdə və informasiya məkanında fəal şəkildə istifadə olunmaqla yaşadılır. Dildə danışılmalıdır ki, dil yaşasın. Dildə danışılmazsa, dil yaşanmaz”.

Xalq artisti müasir dünyada bir neçə dil bilməyin vacibliyini də qeyd edib: “Azərbaycan vətəndaşının bir neçə xarici dil bilməsi onun dünyaya çıxış imkanlarını genişləndirir, lakin bu, ana dilindən uzaqlaşmaq və ya imtina etmək hesabına baş verməməlidir. Xarici dilləri öyrənmək dünyanı tanımaq üçün mühüm vasitədir, ana dilini qorumaq isə milli kimliyin və mənəvi yaddaşın yaşadılması baxımından fundamental əhəmiyyət daşıyır.Azərbaycan dilinin gələcək nəsillərə sağlam və zəngin şəkildə ötürülməsi üçün həm dövlət və ictimai qurumların, həm təhsil və mədəniyyət müəssisələrinin, həm də hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür. Ana dilinə gündəlik münasibət, bu dildə düzgün və səlis danışmaq, yazmaq və onu yaşatmaq dilin gələcəyinə verilən ən böyük töhfələrdəndir”.

 

Müxbir - Tünzalə Arazlı
Fotoqraf - Orxan Kərimov
Videooperator - Vüsal Tağıyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH