Aysel Hüseynova: Möminə xatun türbəsi orta əsr Şərq memarlığının nadir sənət nümunəsidir
Bakı, 12 avqust, AZƏRTAC
Möminə xatun türbəsi Azərbaycanın orta əsr memarlığının ən möhtəşəm nümunələrindən, böyük memar Əcəmi Naxçıvaninin şah əsərlərindən biridir. Türbənin memarlıq quruluşu və bədii tərtibatı Əcəmi Naxçıvaninin yüksək sənətkarlıq məharətini nümayiş etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında memar Aysel Hüseynova deyib.
O bildirib ki, onüzlü monumental gövdəsi, mürəkkəb həndəsi ornamentləri, kufi kitabələri, firuzəyi kaşı işləmələri və daxili günbəzdəki medalyonlar Möminə xatun türbəsini orta əsr Şərq memarlığının nadir sənət nümunələrindən birinə çevirir.
“Möminə xatun türbəsinin əhəmiyyəti yalnız onun memarlıq xüsusiyyətləri ilə məhdudlaşmır. Abidə Azərbaycanın qədim dövlətçilik ənənələrinin, yüksək mədəniyyətinin və Naxçıvanda formalaşmış zəngin memarlıq məktəbinin mühüm maddi ifadəsidir. Bu baxımdan Möminə xatun türbəsinin qorunması və gələcək nəsillərə çatdırılması milli-mədəni irsimizin mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə memar bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.09.2026 [16:39]
Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər
- 05.09.2026 [16:18]
Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO
- 05.09.2026 [14:18]
Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində
- 05.09.2026 [12:07]
İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb
- 04.09.2026 [23:52]
Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər
- 04.09.2026 [23:46]
ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər
- 04.09.2026 [23:43]
FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb
- 04.09.2026 [23:34]
ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik
- 04.09.2026 [23:14]
Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil
- 04.09.2026 [23:01]
Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb
- 04.09.2026 [22:59]
İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb
- 04.09.2026 [22:58]
Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub
- 04.09.2026 [22:39]
Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb
- 04.09.2026 [22:00]
Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir
- 04.09.2026 [21:37]
Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib
- 04.09.2026 [21:05]
Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
- 04.09.2026 [20:24]