İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq
Bakı, 23 sentyabr, AZƏRTAC
İran yalnız ABŞ Tehranın irəli sürdüyü şərtləri yerinə yetirdiyi və praktiki zəmanətlər verdiyi halda, Vaşinqtonla danışıqları bərpa etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə İran təhlükəsizlik strukturlarındakı mənbə “Əl-Cəzirə” telekanalına bildirib.
Mənbənin sözlərinə görə, İranın şərtləri arasında müharibəyə son qoyulması, İsrail qoşunlarının Livanın cənubundan çıxarılması üçün vaxt qrafikinin müəyyənləşdirilməsi, dondurulmuş vəsaitlərin azad edilməsi, dəniz blokadasının və yeni sanksiyaların aradan qaldırılması, hərbi təhdidlərin dayandırılması və neft sanksiyaları üzrə güzəştlərin verilməsi yer alır.
Mənbə, həmçinin Hörmüz boğazının gərginliyin azaldılması müqabilində açılacağı barədə məlumatları təkzib edib və qeyd olunan şərtlər yerinə yetirilənədək boğazın açılmayacağını bildirib.
Bu arada, ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin Nyu-Yorkda İran nümayəndə heyəti ilə üç saatlıq görüş keçirdiyini açıqlayıb. Tramp görüşü “çox yaxşı” adlandırıb və yaxın vaxtlarda yeni danışıqlar raundunun keçiriləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]