“Dinamo”nun baş məşqçisi: “Qarabağ”la oyun gərgin və maraqlı alınacaq
Bakı, 12 avqust, AZƏRTAC
“Qarabağ” haqqında dolğun məlumatımız var. Onları yaxından tanıyırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanın “Dinamo” (Kiyev) komandasının baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, qarşılaşmanın gərgin və maraqlı alınacağını bildirib: “Komandaya uzun illərdir təcrübəli mütəxəssis Qurban Qurbanov rəhbərlik edir. Onların bəlli bir sistemi var. Avropada da yaxşı təcrübəyə sahibdirlər”.
Mütəxəssis Azərbaycan haqqında müsbət fikirlər səsləndirib. O, ölkəmizin Ukraynaya qarşı hər zaman xoş münasibət bəslədiyini bildirib.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:15]
“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır
- 23.09.2026 [11:11]
“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu
- 23.09.2026 [11:04]
Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb
- 23.09.2026 [10:37]
Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq
- 23.09.2026 [10:31]
"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək
- 23.09.2026 [10:24]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək
- 23.09.2026 [10:17]
Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı
- 23.09.2026 [09:46]