Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər saxlanıldı
Xaçmaz, 12 avqust, AZƏRTAC
Xaçmaz rayonunda divara narkotik vasitələri təbliğ edən yazılar yazan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Xaçmaz rayonunda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazılması ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.Əspəndiyev və yetkinlik yaşına çatmayan daha iki nəfər müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Müxbir – Elxan Yusifli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:38]
ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib
- 23.09.2026 [10:51]
Bərdədə gənclərlə maarifləndirici görüş keçirilib
- 23.09.2026 [10:47]
Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb
- 23.09.2026 [10:41]
Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO
- 23.09.2026 [10:39]
Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb
- 23.09.2026 [10:23]