ALMATIDA KOLLEKTİV ƏRZAQ TƏHLÜKƏSİZLİYİ PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyulun 18-dən 20-dək Qazaxıstanın Almatı şəhərində “MDB ölkələrində kollektiv ərzaq təhlükəsizliyinin problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Konfransda Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə iştirak edəcəkdir.
Milli Məclisdən bildirmişlər ki, A.Rəhimzadə “Azərbaycan Respublikasının regionlarında ərzaq təhlükəsizliyi - problemlər və onların həlli yolları” mövzusunda məruzə edəcək, ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verəcəkdir.
Azərbaycan, Rusiya, Belarus, Özbəkistan, Qırğızıstan, Ukrayna və digər dövlətlərin alimlərinin, müvafiq nazirliklərin, parlamentlərin nümayəndələrinin iştirak edəcəkləri tədbirdə MDB ölkələri ərazisində ərzaq təhlükəsizliyinin qorunması ilə bağlı fikir mübadiləsi aparılacaq, təkliflər hazırlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]